Sosial
“Azərişıq” ASC-nin təşkil etdiyi Peşə Ustalığı Yarışlarının növbəti regional turu başa çatdı

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın 8-ci regional turu Lerikdə baş tutub.
Lerik Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək komandalara uğurlar arzulayıb. Bildirib ki, bu yarışların keçirilməsində məqsəd mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edir. Həmçinin mütəxəssislər "Azərişıq" ASC-nin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələr haqqında informasiyalar qazanırlar.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 7 komanda – “Astara EŞ”, “Biləsuvar EŞ”, “Cəlilabad EŞ”, “Lerik EŞ”, “Lənkəran EŞ”, “Masallı EŞ”, “Yardımlı EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar.
Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən Cənub RETSİ üzrə keçirilən regional turun qalibi "Lənkəran EŞ" olub. Beləliklə, komanda ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.







-
Region22:40
İran dağın altında gizli obyekt inşa edir - Peyk görüntüləri yayıldı
-
Sosial21:37
Bu da Adnanın lüks avtomobil kolleksiyası - Fotolar
-
Dünya21:00
Lukaşenko Zelenski ilə görüşmək istəyir: "Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq"
-
Ekologiya19:00
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ VERİLDİ
-
Nəqliyyat18:10
20 yolda tıxac var - Siyahı
-
Elm və təhsil17:20
Ödənişli təhsil alanlara şad xəbər: Pulsuz oxuya biləcəklər
-
Sosial15:20
Adnan Əhmədzadənin həyat yoldaşına məxsus boyunbağının qiyməti - FOTO
-
Magazin214:47
Övladları "kişilərin siyahısı"nı tutub: Kardaşyan hansını seçəcək?