Nida Xəbər
Sülhün imzalanması üçün İrəvanın bu addımı zəruridir

Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir.
Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında Türk Dövlətləri Təşkilatı güc birliyinin simvolu kimi daha mühüm rol oynamaq potensialına malikdir:
“Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb.
Məlum olduğu kimi, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artıb. Bu çərçivədə 8 avqustda ABŞ-da keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Bu tarixi fürsətin düzgün dəyərləndirilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən Azərbaycana qarşı Konstitusiya səviyyəsində təsbit olunan ərazi iddialarının aradan qaldırılması zəruridir”.
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Sosial12:02
AZAL-ın idarə rəisi vəfat etdi
-
Hadisə11:24
Sərxoş kişini sancan gürzə dərhal öldü: Arvadının qarşısına elə fakt qoydu ki...
-
Hadisə11:12
DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO
-
MDB10:18
Rusiya Kiyev ətrafına terrorçu partizanlar göndərdi: Dəmir yolunu partladıblar
-
Region10:06
Türkiyədən acı xəbər gəldi: 5 ölü, 10-dan çox yaralı
-
Avropa09:12
Pensiya yaşı artırılır: Mərhələli şəkildə 73-ə qaldırılacaq
-
Nəqliyyat08:24
Bakıda bu yollarda tıxac var - Siyahı