Magazin1
"Villa dəyərində ev almışam, qaraja 45 min istəyirlər"
Müğənni Xatun Əliyeva yeni ev aldığı yaşayış kompleksindən şikayətçidir.
Publika.az xəbər verir ki, müğənni bu haqda "Günə bax" proqramında danışıb. O, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovadan yardım istəyib.
Xatun bildirib ki, avtomobilini saxlamaq üçün ondan 45 min manat istəyirlər:
"Əziyyətlə pul qazanıb, yaxşı yaşayış kompleksindən ev alırıq. Fikir veririk ki, şəhərin yaxşı yerində olsun. Qarajlar var, heç birini kirayə vermirlər və baha qiymətə satırlar. Niyə 40-45 minə qaraj alım? Bir ev alaram o pula. Həyət var, amma orada özlərinə lazım olan adamı buraxırlar. Heç kimi həyətə buraxmasalar, qəbul edərəm. Amma bəzilərinin hündürdabanda gəzə bilməyən adamlarını buraxırlar. Mənim sürücümü də incidiblər. İndi qış gəlir, efirə gedirəm, külək əsir, yağış yağır. Qarajdan rahat gedib gələrəm də... Ən böyük arzum idi ki, həmin ərazidə və binada evim olsun. Xətai ərazisində bir villa qiymətinə ev almışam. Amma indi belə edirlər. Tək mən yox, qonşular da oradan şikayətçidir".(axşam.az)
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































