Dünya
Ərdoğan Trampla telefon danışığının detallarını açıqladı: Həll olunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən bir neçə gün əvvəl ABŞ prezidenti Donalda Trampla gerçəkləşdirdiyi telefon danışığının təfərrüatını mətbuata açıqlayıb.
Publika.az xəbər verir ki, prezidentin sözlərinə görə, Türkiyə və ABŞ hər sahədə olduğu kimi müdafiə sənayesində də güclü əməkdaşlıq edir.
O qeyd edib ki, Türkiyə bu münasibətləri inkişaf etdirmək və müsbət nəticələr əldə etmək üçün ABŞ-la danışıqlar aparır:
“Trampla baş tutan telefon danışığında bu istiqamətdə müsbət mesajlar aldıq. F-35 məsələsini açıq şəkildə gündəmə gətirdik. Üstəlik, Türkiyə bu layihədə tərəfdaşdır, onun pulunu ödəyib və üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bizi bu proqramdan çıxarmağın səbəblərinin heç bir qanuniliyi yoxdur. Tramp da bunu əvvəllər dolayısı ilə bəyan edib.
Bütün səviyyələrdə konkret addımların atılması üçün lazımi texniki müzakirələr aparılır. Ümid edirik ki, son nəticədə həm F-35 problemi həll olunacaq, həm də CAATSA (ABŞ-ın sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə qanunu) sanksiyalar aradan qaldırılacaq. Biz buna nail olmalıyıq. Səfərimiz Türkiyə-ABŞ münasibətlərində yeni dövr açdı və aramızdakı dialoqu və dostluğu daha da gücləndirdi”.
Roza Şəfiyeva
-
Sosial15:53
İcra başçısı əyləşib, şəhid anası, qazilər də ayaq üstə - FOTOLAR
-
Sosial15:17
Rəhbər şəxslər kütləvi şəkildə işdən çıxır - Metropolitendə nə baş verir?
-
İdman14:18
Azərbaycanla oyundan əvvəl fransalı futbolçuların dəb şousu - FOTOLAR
-
Maraq dünyası13:36
Dünyada ilk smartfon Azərbaycanın bu filmi əsasında hazırlanıb: Maraqlı FAKT - VİDEO
-
Dünya13:16
Azərbaycandan qayıdan Ərdoğandan mühüm açıqlama: Göstəriş vermişik ki...
-
Sosial12:38
Pensiya alanların NƏZƏRİNƏ
-
Nida Xəbər 11:58
Əli Əsədov qərar imzaladı
-
Magazin210:58
Saxlanılan məşhurlarla bağlı göstəriş verildi - Yeni detallar