Nida Xəbər
Bayramov TÜRKPA-nın yeni baş katibini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 15-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
C.Bayramov Ramil Həsəni belə bir mötəbər quruma baş katib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlər arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.
Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb. TÜRKPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
-
ABŞ21:55
Uitkoff siyasətdən gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
-
Kriminal20:48
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
-
İdman19:30
“Atletik” - “Qarabağ” matçının hakimi açıqlandı
-
Nida Xəbər 19:20
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi
-
ABŞ19:00
ABŞ-ın müharibə naziri Rusiyanı hədələdi
-
Banklar 18:10
Şirkətlər "YeloBank"dakı pullarını geri çəkiblər
-
Magazin217:37
Bu məşhurun xanımı ziyafətə 3 milyon 774 min manatlıq çanta ilə gəldi - FOTOLAR
-
Sosial17:02
Növbəti iki gündə yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ