Nida Xəbər
Ukrayna Azərbaycan qazını almağı planlaşdırır - Zelenski

Çox çətin vəziyyətdə Ukrayna 2 milyard dollarlıq qaz tapmağa hazır olmalıdır və hökumət belə vəsaiti haradan əldə edəcəyini və qazı haradan idxal edəcəyini başa düşür.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.
“Biz başa düşürük ki, təxminən 2 milyard dollar dəyərində qazı haradan əldə edək. Biz gözləyirik ki, çox çətin vəziyyətdə Ukrayna 2 milyard dollarlıq qaz tapmağa hazır olmalıdır. Biz müəyyən tranşlar müəyyən etmişik. Norveç 100 milyon dollar qrant verir və yanvarda daha bir tranş ayıracaq. Bir neçə başqa ölkə müvafiq qrantlar ayırır. Bu pulu haradan əldə etmək barədə banklarımızla razılaşma var”, - deyə Zelenski vurğulayıb.
O qeyd edib ki, Baş nazir Yuliya Sviridenkonun Slovakiya, energetika naziri Svetlana Qrinçukun isə ABŞ-ın enerji şirkətləri ilə müvafiq müsbət razılaşmaları var.
"Amerika LNG ilə bağlı razılaşma var, istəsək, Polşa terminalı vasitəsilə gələcək. Biz Yunanıstandan əlavə qaz idxal edə bilərik. Digər ölkələrlə də anlaşma, razılaşmalar var. Azərbaycanla da razılaşmalar var. Hamı bunun üzərində işləyir”, - deyə Zelenski əlavə edib.
(Azərtac)
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20 Oktyabr 20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ20 Oktyabr 19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı