Nida Xəbər
DİN-dən xəbərdarlıq: Dərhal polisə müraciət edin! - VİDEO
Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz olaraq qalır. Unutmayın, kartınıza kənar müdaxilənin yalnız bir yolu var. Kart məlumatlarınızı, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartınızın məxfi şifrələrini ələ keçirmək və bununla da pulunuzu talamaq.
Publika.az xəbər verir ki, bu barədə DİN-in kiberdələduzluq halları və şübhəli zənglərlə bağlı vətəndaşlara xəbərdarlığında bildirilib.
“Ona görə də kimin, hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin.
Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin. Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdə artıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq. Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaq və bank kartlarımızın təhlükəsizliyini qoruyaq!”, - xəbərdarlıqda bildirilib.
-
Rəsmi xronika13:29İlham Əliyev bu nazirliklə bağlı sərəncam imzaladı
-
Hadisə12:47Toyunda vəfat edən Əfsanə ilə bağlı təfərrüat: Uşaq bətnində ölüb
-
İdman11:29Azərbaycanlı futbolçu Rusiya millisinə çağırıldı: Babayev əlimizdən çıxır?
-
Nida Xəbər 10:56Mehriban Əliyeva Türkiyəni təbrik etdi
-
İdman10:40Emreli bir "bəyənmə" ilə Almaniyanı bir-birinə vurdu: Görünür bundan həzz alıb - FOTOFAKT
-
MDB09:56Ukrayna rusların yuxusunu bu gecə də qaçırdı: Düz 100 PUA ilə...
-
Dünya09:50ABŞ kəşfiyyatı hesabatı təqdim etdi: Putinin məqsədi budur
-
Maraq dünyası08:33Ən çox boşanan bürclər










.jpg)







.jpg)






.jpg)







.jpg)




