XİN Türkiyəni təbrik etdi
Bizi izləyin

Nida Xəbər

XİN Türkiyəni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bununla bağlı XİN-in "X" hesabında paylaşım edib.

"29 Oktyabr - Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu tarixi gündə, Türkiyə Respublikasının banisi, dahi Mustafa Kamal Atatürkü, eləcə də Cümhuriyyətin yaradılması uğrunda canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik. Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə Respublikası, eləcə də bənzəri olmayan Azərbaycan–Türkiyə qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır", - paylaşımda qeyd olunub.

Nazirlik Türkiyəyə daim sülh, rifah və tərəqqi arzulayıb, həmçinin Azərbaycan–Türkiyə birliyinin və qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm