Nida Xəbər
Deputat: "Bu, tarixi ədalətin bərpası, milli qürurun ən ali göstəricisidir!"
"Bu gün – 9 Noyabr, xalqımız üçün sadəcə bir tarix deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin və qürurumuzun ən ali rəmzlərindən biri olan üçrəngli bayrağımızın günüdür".
Publika.az xəbər verir ki, bu fikiri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunan, müstəqillik tariximizin ən mühüm simvolu sayılan üçrəngli bayrağımız, bu gün bütün dünyada qalib xalqın, güclü Azərbaycanın bayrağı kimi dalğalanır:
"O bayraq ki, 2020-ci ildə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunan torpaqlarımızda, Şuşada, Füzulidə, Laçında, Zəngilanda və Xankəndidə qürurla yüksəldi. Bu, təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi qələbənin rəmzinə çevrildi. Üçrəngli bayrağımız mavi rəngi ilə türk kökümüzü, qırmızı ilə müasirliyimizi, yaşıl ilə isə İslam sivilizasiyasına bağlılığımızı ifadə edir. Ortasındakı ay-ulduz isə müstəqilliyimizə və dövlətçiliyimizə olan əbədi sədaqətimizi təcəssüm etdirir. Bu gün artıq Azərbaycan bayrağı təkcə ölkə daxilində deyil, beynəlxalq tədbirlərdə, sülhməramlı missiyalarda, idman və diplomatik arenalarda öz yerini alır. Bayrağımızın ucalığı təkcə onun fiziki hündürlüyündə deyil, həm də xalqımızın birliyində və müstəqil dövlətimizin gücündədir. Zəfərimizdən sonra işğaldan azad olunmuş ərazilərdə ucaldılan bayraqlar bir daha sübut etdi ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Bu gün bayrağımız artıq Xankəndidə də dalğalanır. Bu, tarixi ədalətin bərpası, milli qürurun ən ali göstəricisidir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı sadəcə bir bayraq deyil. O, bizim müstəqilliyimizin, milli kimliyimizin və suverenliyimizin rəmzidir.” Bu ideyanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev praktik siyasətə çevirərək, bayrağımızı işğaldan azad olunmuş torpaqlarda yenidən yüksəltdi. Bu gün bu bayraq altında qalib bir dövlət və qalib bir xalq var! Bayrağımız daim ucalarda dalğalansın! Azərbaycanımız var olsun!".
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı
-
Magazin16 Dekabr 22:36Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO
-
Magazin26 Dekabr 22:00Onun mahnısı 2025-ci ilin ən yaxşı hiti seçildi - VİDEO


























.jpg)








.jpg)



