İrəvanda görüş: Azərbaycanla delimitasiya məsələsi müzakirə edildi
Bizi izləyin

Nida Xəbər

İrəvanda görüş: Azərbaycanla delimitasiya məsələsi müzakirə edildi

Ermənistanın Baş nazirin müavini Mher Qriqoryan və Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvanda Ermənistan-Azərbaycan sərhədinin gələcək delimitasiyası və demarkasiyası məsələsini müzakirə ediblər.

Publika.az xəbər verir ki, danışıqlarda regional proseslər diqqət mərkəzində olub. Qriqoryan və Qrono Cənubi Qafqazda kommunikasiyaların bloklanması məsələsinə toxunub, bu marşrutların açılmasının vacibliyini qeyd ediblər.

Ötən həftə Qriqoryan parlamentdə bəyan etmişdi ki, Ermənistan və Azərbaycan “Tramp marşrutu” layihəsinə görə Sünikdə müəyyən əraziləri delimitasiya edə bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm