Quterreş Sidneydəki dəhşətli terroru pislədi
Bizi izləyin

Nida Xəbər

Quterreş Sidneydəki dəhşətli terroru pislədi

BMT Baş katibi Antoniu Quterreş Sidneydə Hanuka bayramı zamanı baş verən və 12 nəfərin həlak olduğu silahlı hücumu pisləyib.

Publika.az xəbər verir ki, Quterreş bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Sidneydə Hanukanı qeyd etmək üçün toplaşan yəhudi ailələrinə qarşı törədilən dəhşətli hücuma görə sarsılmışam və onu qətiyyətlə pisləyirəm. Hanukanın ilk günündə – sülh və işıq möcüzəsinin qaranlığı məğlub etdiyi bayramda – düşüncələrim bütün dünyadakı yəhudi icması ilədir", – paylaşımda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm