Nida Xəbər
Azərbaycan və Ermənistan səfirləri bir arada: ABŞ-da "Zəngəzur dəhlizi" müzakirəsi
Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan ABŞ-da TRIPP layihəsinin müzakirələrində iştirak ediblər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) məlumat yayıb.
Palata Trampın "Beynəlxalq Sülh və Rifaha Doğru Yol" (TRIPP) təşəbbüsü ilə bağlı səfirlik səviyyəsində dəyirmi masa müzakirəsi keçirib. Qapalı müzakirədə Cənubi Qafqaz və Orta Asiyadan olan səfirlər, ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri və özəl sektor liderləri iştirak edib.
Müzakirə TRIPP-in infrastrukturun inkişafını necə sürətləndirə, regional əlaqəni gücləndirə və Orta Dəhliz boyunca ABŞ-ın davamlı iqtisadi mövcudluğunu necə möhkəmləndirə biləcəyinə yönəlib.
ABŞ Dövlət Departamentinin Sülhməramlı Missiyalar üzrə Xüsusi Elçisi Vinay Çavelanın sözlərinə görə, ABŞ administrasiyasının köməyi ilə Azərbaycan və Ermənistan arasında avqust ayında əldə edilən razılaşma tarixi bir an yaratdı.
Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan səfirlər və yüksək vəzifəli diplomatlar TRIPP-nin inkişaf strategiyalarını necə tamamlaya biləcəyi və regional tranzit marşrutlarının rəqabət qabiliyyətini necə artıra biləcəyi barədə fikirlərini bölüşüblər.
Müzakirələr zamanı həmçinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) da daxil olmaqla, ABŞ qurumlarının layihə maliyyələşdirilməsinin dəstəklənməsi, ticarət prosedurlarının asanlaşdırılması və investisiya risklərinin azaldılmasındakı rolu müzakirə olunub.
Tural
-
Region00:30İranda milli matəm elan edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Əla fürsətlər qarşınıza çıxacaq
-
İdman11 Yanvar 22:12Dünya çempionu vəfat etdi
-
İdman11 Yanvar 22:00Azərbaycanı seçib himnimizi oxudu - VİDEO
-
ABŞ11 Yanvar 21:24Kuba Prezidenti Trampın ultimatumuna CAVAB VERDİ
-
İdman11 Yanvar 20:36Qara Qarayevə VƏZİFƏ VERİLDİ
-
Səhiyyə11 Yanvar 20:12Sərxoş ananın dünyaya gətirdiyi körpənin qanında GÖRÜN NƏ TAPILDI
-
İdman11 Yanvar 19:36Əfsanə bu sözü ilə qalmaqal yaratdı, sonra...










.webp)



























