Nida Xəbər
Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfində - DİN çağırış edir
Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur.
Publika.az xəbər verir ki, naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər. Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada ələ keçirməyə çalışırlar.
Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər.
Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu







.jpg)
































