Dünya
Ruslar bu tarixdən etibarən Polşaya gedə bilməyəcək - QADAĞA
1 aprel 2026-cı il tarixindən etibarən Rusiya qeyri-biometrik pasportları ilə Polşaya giriş mümkün olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Polşaya səfər etməyi planlaşdıran rusiyalılara biometrik (on illik) pasportları əvvəlcədən almaları tövsiyə olunur. Rusiyanın bu Avropa ölkəsindəki səfirliyi də ölkə vətəndaşları üçün müəyyən giriş məhdudiyyətlərinin artıq tətbiq olunduğunu xatırladıb. Qadağaya turist və şəxsi (qonaq) səfərlər də daxildir.
ATOR əlavə edib ki, bu qadağalara baxmayaraq istisnalar da var. Polşa vətəndaşlarının həyat yoldaşları və uşaqları, Polşa Kartı sahibləri və onların ailə üzvləri, beynəlxalq təşkilatların diplomatları və işçiləri, müvəqqəti, daimi yaşayış və iş icazəsi olan şəxslər, beynəlxalq sərnişin və yük daşımalarının sürücüləri, Polşa məktəblərində oxuyan tələbələr, Polşa universitetlərinin tələbələri və aspirantları, ölkədə çalışan alimlər, tranzit olaraq AB, EFTA və ya Böyük Britaniya ölkələrində müvəqqəti yaşayış icazəsi olan şəxslər, repatriasiya proqramlarının və "Polşa.Business Harbor" proqramının iştirakçıları, dənizçilər və dəniz işçiləri, eləcə də humanitar əsaslarla və ya beynəlxalq öhdəliklər əsasında gələn şəxslər üçün Polşaya giriş icazəsi qalır.
Qeyd edək ki, 1 yanvar 2026-cı il tarixindən etibarən isə beş illik pasportu olan rusiyalıların Rumıniyaya daxil olmasına icazə verilmir.
Adəm
-
Nida Xəbər 14:52Azərbaycanın məşhur alimi həbs olundu - FOTO
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...















.jpg)




















