Nida Xəbər
"Hindistanda dini azlıqlara qarşı zorakılıq artıq adi hala çevrilib"
"Hindistanın müxtəlif bölgələrində xristianların və digər dini azlıqların inanclarına görə mütəmadi şəkildə ayrı-seçkiliyə və zorakılığa məruz qalması artıq adi hala çevrilib".
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Siqh federasiyasının sədri Bual Moninder Sinq bu gün Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Hindistan Konstitusiyası bərabər hüquqları nəzərdə tutsa da, praktikada bu hüquqlar təmin edilmir:
“Xüsusilə siqh icması bu siyasətin ən ağır nəticələrini yaşayıb. 1984-cü ildə baş verən hadisələri anlamaq üçün zorakılığın köklərinə nəzər salmaq vacibdir. Bildirilib ki, siqh icmasına qarşı təzyiqlərin əsas səbəbləri siyasi fürsətçilik, dövlət təzyiqi və siqh kimliyinin inkarıdır”.
B.M Sinq qeyd edib ki, Hindistan Konstitusiyasının 25B maddəsində siqhlər ayrıca dini kimlik kimi tanınmır və hinduizmin qolu kimi təqdim olunur:
“Bu isə siqh kimliyinin konstitusion müstəvidə silinməsinə xidmət edir və son onilliklərdə icmaya qarşı zorakılıq, təqib və cinayətlərin artmasına səbəb olub”.
O, 1984-cü ildə həyata keçirilən “Operation Blue Star” əməliyyatı zamanı Hindistan ordusunun siqh xalqının ən müqəddəs məkanı olan Qızıl Məbədə daxil olmasının icmanın kollektiv yaddaşında dərin iz buraxdığını bildirib.
“Həmin hadisələr siqh hərəkatını muxtariyyət tələbindən tam azadlıq və Xalistan dövlətinin qurulması ideyasına yönəldib”.
Federasiya sədri vurğulayıb ki, 1984-cü ilin oktyabr-noyabr aylarında Dehli və digər şəhərlərdə baş verən kütləvi qırğınlara baxmayaraq, bu cinayətlərin əsas təşkilatçıları və icraçıları bu günədək cəzasız qalıb, onların bir qismi isə hələ də yüksək dövlət vəzifələrində təmsil olunur.
-
MDB11:03Kadırov ölüm ayağındadır? - 3 gün ərzində…
-
Sosial10:36Bu şəxslər metroda əlavə pul ödəyəcək
-
Dünya09:18Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik
-
ABŞ08:48ABŞ-a məxsus bombardmançı təyyarə radarlardan YOXA ÇIXDI
-
MDB08:12Lukaşenko Çin dilini öyrənməyin SİRRİNİ AÇDI
-
İdman08:00Keçmiş hücumçu 45 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin205:45Serenay Sarıkayanın 425 minlik kürkü
-
Magazin101:41Monika Belluççi qala gecəsinə elə köynəkdə qatıldı ki... - FOTO








.jpg)
.jpg)


























