Nida Xəbər
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan kitablar Manas Qırğız-Türk Universitetinə hədiyyə edilib
Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı: Fondun prezidenti xanım Aktotı Raimkulova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Manas Qırğız-Türk Univesitetini ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Universitetin kitabxanasına təqdim edib.
Səfər çərçivəsində Fondun prezidenti professor Aktotı Raimkulova, Universitetin rektoru professor Alpaslan Ceylan və rektorun müavini professor Almaz İbraev ilə görüş keçirib. Görüş zamanı Türk dünyasının ortaq mədəni və elmi irsinin qorunması və təbliği istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, bu nəşrlər tələbə və tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayacaq, Türk dünyası ilə bağlı araşdırmaların genişlənməsinə töhfə verəcəkdir.
Sonda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini ifadə ediblər.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi









.jpg)




















.jpg)





