Nida Xəbər
Ceyhun Bayramov Yaxın Şərqdəki vəziyyətlə bağlı telefonla danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi ilə telefon danışığı aparıb.
XİN-dən Publika.az-a verilən məlumata görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.
Bildirilib ki, tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildirib, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi









.jpg)




















.jpg)





