Qış aylarında qaz və işıq tariflərinə güzəşt edilə bilər - Yalnız bu halda...
Bizi izləyin

Nida Xəbər

Qış aylarında qaz və işıq tariflərinə güzəşt edilə bilər - Yalnız bu halda...

Azərbaycanda qaz və elektrik enerjisi tariflərində mövsümi güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, qış aylarında əhalinin enerji istehlakının artması fonunda kommunal xərclərin yüksəlməsi sosial baxımdan həssas qruplar üçün əlavə çətinliklər yaradır. Maraqlıdır, qaz və elektrik tariflərində mövsümi (xüsusilə qış ayları üçün) güzəştlər tətbiq oluna bilərmi?

Publika.az
xəbər verir ki, Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı konkret.az-a açıqlamasında bildirib ki, qış aylarında vətəndaşlar qaz və elektrik enerjisindən daha çox istifadə edirlər ki, bu da kommunal xərclərin artmasına səbəb olur:

“Qış mövsümündə vətəndaşlar qaz və işığı daha çox istehlak edirlər. Bu da kommunal xərclərin artmasına və həssas əhali qrupunun müəyyən qədər əziyyət çəkməsinə yol açır. Bu baxımdan qış mövsümündə qaz və elektrik tarifləri digər fəsillərlə müqayisədə aşağı salınsa, yaxşı olar. Bir çox ölkələrdə belə təcrübə mövcuddur. Ölkəmizdə də mövsümi güzəştlərlə bağlı mexanizmlər tətbiq oluna bilər”.

Deputat qeyd edib ki, Azərbaycanda belə dəyişikliklərin həyata keçirilməsi üçün hüquqi baza və mexanizmlər mövcuddur. Onun sözlərinə görə, elektrik və qaz tariflərinin tənzimlənməsi Energetika Nazirliyi tərəfindən aparılır, tariflərin təsdiqi və tətbiqi isə Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir.

Bununla belə, hazırda qaz və elektrik enerjisi tariflərində mövsümi güzəştlərin tətbiqi məsələsi rəsmi gündəlikdə müzakirə olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm