Nida Xəbər
İlham Əliyevin balanslı xarici siyasəti Azərbaycanın mövqelərini gücləndirir - Fatma Yıldırım
ABŞ-ın vitse-prezidenti cənab Ceyms Devid Vensin ölkəmizə səfəri və səfər çərçivəsində cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–ABŞ münasibətlərində yeni və keyfiyyətcə fərqli mərhələnin başlanğıcıdır.
Bu səfər ilk növbədə onu göstərir ki, Azərbaycan artıq regionda beynəlxalq tərəfdaşlıqların formalaşmasında etibarlı və söz sahibi olan ölkədir. Cənab Prezidentin də vurğuladığı kimi, Tramp–Vens administrasiyasının ölkəmizə nümayiş etdirdiyi müsbət və konstruktiv münasibət Azərbaycanın beynəlxalq nüfuzunun real göstəricisidir.
Strateji Tərəfdaşlıq haqqında Xartiya münasibətlərin institusional əsaslar üzərində qurulduğunu təsdiqləyən mühüm sənəddir. Xüsusilə qeyd olunmalıdır ki, qısa müddət ərzində aparılmış intensiv danışıqlar tərəflərin qarşılıqlı etimad mühitində işlədiyini açıq şəkildə göstərir.
Bu səfərin ən önəmli məqamlarından biri ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyin açıq və birmənalı şəkildə ifadə olunmasıdır. Son altı ayda regionda formalaşmış sabitlik, yeni əməkdaşlıq imkanları və iqtisadi perspektivlər artıq sülhün real nəticələr verdiyini sübut edir.
Xüsusilə nəqliyyat bağlantılarının genişlənməsi, regionun Asiya ilə Avropa arasında etibarlı tranzit məkanına çevrilməsi istiqamətində irəli sürülən təşəbbüslər Azərbaycanın geoiqtisadi rolunu daha da gücləndirir. Azərbaycanın həm regional kommunikasiyaların açılması, həm də qonşu ölkələrlə tranzit və enerji əməkdaşlığı sahəsində atdığı addımlar ölkəmizin sülhə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.
Bu səfəri eyni zamanda təhlükəsizlik sahəsində tərəfdaşlığın yeni mərhələyə keçidi kimi qiymətləndirmək olar. Terrorizmə qarşı mübarizə, müdafiə sənayesi, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, süni intellekt, rəqəmsal infrastruktur və Amerika şirkətləri ilə texnoloji əməkdaşlıq istiqamətləri Azərbaycanın gələcək inkişaf modelinin bilik və innovasiyaya əsaslandığını bir daha təsdiqləyir. Bu, ölkəmizin enerji sahəsi ilə yanaşı, yüksək texnologiyalar üzrə də regional mərkəzə çevrilməsi hədəfinə tam uyğundur.
Hesab edirəm ki, vitse-prezident Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya siyasi, iqtisadi və təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətli və perspektivli hadisədir.
Bu səfər bir daha göstərdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin balanslı, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın mövqelərini qlobal miqyasda daha da möhkəmləndirir.
Fatma Yıldırım
Milli Məclisin deputatı
-
Nida Xəbər 17:45İlham Əliyev məmurlara bu tapşırığı verdi
-
Nida Xəbər 17:30"Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır"
-
MDB16:52Zelenskinin əsas rəqibləri bəlli oldu: Ukraynanın növbəti prezidenti kim olacaq?
-
Magazin115:53Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb
-
MDB15:12Sensasion iddia: Kiyev Moskvaya nümayəndə heyəti göndərir
-
İdman14:32Nərimanın meneceri sirləri açdı: MLS-i hansı liqalardan üstün tutub? - EKSKLÜZİV
-
Region12:48Mənə ölkəni tərk etmək üçün təyyarə verdilər: Saakaşvili məhkəmədə elə şeylər dedi ki...
-
İdman11:47Ulduz futbolçunun cazibədar həyat yoldaşı: Həmin səfərdən ona görə narazı qalmışdı - FOTOLAR







.jpg)











.jpg)
















