Nida Xəbər
İlham Əliyevin kortejinə edilən hücumla bağlı ABŞ-dan daha bir açıqlama - Araşdırmanın nəticələri...
Vaşinqton polisi Azərbaycan Prezidenti İlham Əliyevin kortejinə edilən hücumla əlaqədar araşdırma aparır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi Makheta Vatson bildirib.
"Polis departamenti hadisədən xəbərdardır. ABŞ Gizli Xidməti ilə birlikdə hadisə yerinə baş çəkilib. Heç kim həbs olunmayıb", - deyə o bildirib.
Departament sözçüsü qeyd edib ki, iş ABŞ Gizli Xidməti tərəfindən Dövlət Departamentinə göndərilib.
Xatırladaq ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.
Hadisə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri və Sülh Şurasının ilk iclasında iştirakı zamanı baş verib.
Prezidentin korteji hotelə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin kortejinə hücum etməyə çalışıblar.
Prezidentin Mühafizə Xidməti təxribatın qarşısını alıb. (Teleqraf)
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur













.jpg)

.jpg)























