Nida Xəbər
Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarında - Fotolar
Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (ICF) Prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) Prezidenti Jan Zunqrana martın 12-də Qarabağda - Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar.
Publika.az xəbər verir ki, beynəlxalq və Avropa kanoe təşkilatlarının rəhbərləri əvvəlcə Sərsəng su anbarına baxış keçiriblər.
Qonaqlara su anbarındakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib. Tomas Konyetsko və Jan Zunqrana Sərsəngdə beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilə bilməsi üçün su hövzəsinin potensial imkanlarını dəyərləndiriblər.
Daha sonra nümayəndə heyəti 2022-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” və ənənəvi “Mingeçevir Reqatası” beynəlxalq yarışlarının təşkil edildiyi Suqovuşan su anbarını ziyarət ediblər. Suqovuşanda dövlətimiz tərəfindən yenidən qurulan ifrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Günün ikinci yarısında Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə gediblər. Baza ilə tanış olan beynəlxalq federasiya rəhbərləri avarçəkmə və kanoe üzrə milli komandaların məşqlərini də izləyiblər.














-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq





































