Nida Xəbər
Deputat pəncərədən tullanıb qaçıbmış...
Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı seçilmiş Əli Abbasov mandatının əlindən alınmasından narazıdır.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əli Abbbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib.
Keçmiş deputat iddia ərizəsində yazır ki, mandatı əsassız olaraq ləğv edilib, bu səbəbdən MSK-nın qərarının ləğv edilməsini xahiş edir.
Əli Abbasovun mandatının ləğv edilməsinə gətirib çıxaran hadisə onun içkili vəziyyətdə əvvəldən tanıdığı qadının evinə daxil olması, sonuncuya əxlaqsız təklif etməsi ilə bağlı yayılmış xəbərlər olub. Şikayət ərizəsində yazılıb ki, Ə.Abbasov evə daxil olduqdan sonra qadının əri qəfil içəri girib, bu vaxt deputat pəncərədən tullanaraq qaçıb. Lakin çox uzaqlaşmadan qadının əri tərəfindən tutularaq özünü ifşa edib. Bundan bir neçə saat sonra həmin şəxs əlində bıçaqla Əli Abbasovun evinə hücum çəkib. O, deputatı bıçaqlamaq istəyərkən sonuncunun qohumu araya girərək xəsarət alıb.
Prokurorluqda aparılan araşdırma nəticəsində deputatın qadının evinə iradəsinə zidd olaraq, zorla girməsi sübut edilmədiyindən cinayət işinin başlanmasından imtina edilib. Sonradan isə həmin qadınla deputat arasında barışıq əldə edilib, şikayət geri çəkilib.
Ə.Abbasov hazırda ondan heç bir şikayət olmadığını da əsas gətirərək, deputat mandatının bərpa edilməsini xahiş edib.
Lakin Ali Məhkəmə şikayəti əsassız sayıb.
Məhkəmə qərarında yazılıb ki, iddiaçının mandatının ləğv edilməsi ilə bağlı qərar şikayətin geri çəkilməsi ilə deyil, deputat adına xələl gətirən hərəkətlər etməsi ilə bağlı olub. Ə.Abbasov etik davranış qaydalarını kobud surətdə pozduğu üçün kassasiya şikayəti rədd edilib.
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü







.jpg)



.jpg)


























