Dünya
Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
Londonda yerləşən Rəsmi Monetar və Maliyyə Qurumları Forumu (OMFIF) 90 mərkəzi bank, dövlət pensiya fondu və suveren sərvət fondunun iştirakı ilə hazırladığı sorğunun nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, hesabata görə, dünya üzrə mərkəzi banklar tarixdə ilk dəfə qarşıdakı 10 il ərzində dollar ehtiyatlarını artırmaq əvəzinə azaltmağı planlaşdırırlar.
Bildirilib ki, ABŞ-da siyasi qeyri-müəyyənliklər və artan geosiyasi risklər ehtiyatları idarə edən qurumları dollar aktivlərini yenidən qiymətləndirməyə sövq edir.
Sorğunun nəticələrinə əsasən, mərkəzi bankların 30 faizi yaxın 1-2 il ərzində qızıl ehtiyatlarını artırmağı planlaşdırır. Hesabatda həmçinin Norveç kronu, Yeni Zelandiya dolları və funt sterlinqinə marağın artdığı, avro və Çin yuanının isə ehtiyat portfellərində yerini qoruduğu qeyd edilir.
Bundan başqa, mərkəzi bankların 66 faizdən çoxu ehtiyatların idarə olunması proseslərində süni intellektdən istifadənin genişləndirilməsini nəzərdə tutur.
OMFIF hesab edir ki, yaxın illərdə qlobal maliyyə sistemində dolların payı azalacaq, onun yerini isə qızıl, alternativ valyutalar və süni intellekt əsaslı investisiya strategiyaları daha çox tutacaq.
Müəllif: Roza
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO





















.webp)









.jpg)

.jpg)