Nida Xəbər
Netanyahu İsrail ordusuna hücum əmri verdi
İsrailin Baş naziri Binyamin Netanyahu ölkə ordusuna (İDF) Livandakı "Hizbullah" hərəkatının obyektlərinə güclü zərbələr endirmək barədə göstəriş verib.
Publika.az xəbər verir ki, Baş nazirin dəftərxanasının yaydığı məlumata görə, bu qərar regionda gərginliyin artdığı bir vaxta təsadüf edir.
Aprelin 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs rejimini daha üç həftə müddətinə uzatmaq barədə razılığa gəldiyini bildirsə də, əsas problemin "Hizbullah" qruplaşması ilə bağlı olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, İran tərəfindən dəstəklənən bu təşkilat danışıqlara qarşı çıxır və ötən cümə günündən qüvvəyə minmiş ilkin razılaşmadan sonra hər iki tərəf onun şərtlərini dəfələrlə pozub.
Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqların ilk raundu keçirilmiş və aprelin 17-dən etibarən 10 günlük atəşkəs elan olunmuşdu. Digər tərəfdən, Livan rəsmiləri İsrailin hərbi əməliyyatlar zamanı fosforlu mərmilərdən istifadə etdiyini iddia edirlər.
Hüseyn İbadlı
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama














.jpg)










.jpg)











