Nida Xəbər
DSX-nin hərbi qulluqçusu 5-ci dəfə dünya çempionu oldu
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş gizir Orxan Heydərli Türkiyədə keçirilən dünya çempionatında böyük uğura imza atıb.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 24-26 aprel tarixlərində İstanbul şəhərində təşkil olunan şotokan karate üzrə 16-cı dünya çempionatında iştirak edən Orxan Heydərli kişilər arasında 84+ kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya çempionu titulunu qazanıb.
Yarışda iştirak edən müxtəlif ölkələrin güclü idmançıları arasında yüksək peşəkarlıq nümayiş etdirən Heydərli Orxan Qorxmaz oğlu final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.
Qeyd edək ki, Orxan Heydərli bu qələbə ilə karyerasında 5-ci dəfə dünya çempionu adına layiq görülüb.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?

















.jpg)
.jpg)

















