Nida Xəbər
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdi
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib.
Publika.az xəbər verir ki, Babiş bu barədə sosial şəbəkədə yazıb.
"Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim", - o qeyd edib.
Babiş vurğulayıb ki, yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevə Avropa İttifaqından (Aİ) kənara ilk səfərinin Azərbaycana olacağına söz verib və bu vədini yerinə yetirə bildiyindən məmnunluğunu bildirib.
"Dostluq xarakterli və ən əsası, çox konkret danışıqlara görə təşəkkür edirəm. Ölkələrimiz arasında möhkəm əlaqələr və ticarət əməkdaşlığı üçün böyük potensial mövcuddur. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi $42 mlrd. təşkil edib ki, bunun da əsas hissəsini Çexiyaya Azərbaycan neftinin tədarükü təşkil edib", - o əlavə edib.
Baş nazirin sözlərinə görə, tərəflər qaz tədarükü üzrə uzunmüddətli müqavilənin bağlanmasına olan marağı vurğulayaraq, digər sahələrdə də əməkdaşlığı genişləndirməyə hazır olduqlarını ifadə ediblər.
O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev enerji və sənaye qarşılıqlı fəaliyyətinin inkişafına diqqət yetirəcək hökumətlərarası iqtisadi komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Çexiya tərəfindən ona sənaye və ticarət naziri Karel Havliçek, Azərbaycan tərəfindən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək. Bundan əlavə, tərəflər Karlovı Varı hava limanının inkişafı, habelə Çexiya şirkətləri ilə əməkdaşlıq da daxil olmaqla, bir sıra konkret layihələri müzakirə ediblər. Babiş əlavə edib ki, Çexiya müdafiə müəssisələri artıq Azərbaycana əhəmiyyətli tədarükçülərdir.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?

















.jpg)
.jpg)

















