Nida Xəbər
Əliyevin Zəngilandan verdiyi mesaj: Bakı ilə yaxşı münasibət qurmadan...
Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi mesajlar təkcə regional deyil, beynəlxalq siyasi dairələrdə də diqqətlə izlənilir. Dövlət başçısı çıxışında xüsusilə Avropanın Cənubi Qafqaz siyasətinə, Fransanın bölgədə tutduğu mövqeyə və Fransa prezidenti Emmanuel Makronun son davranışlarına toxunaraq sərt siyasi mesajlar verdi. Prezidentin açıqlamalarında rəsmi Parisin Ermənistan üzərindən regionda təsir imkanlarını artırmaq cəhdləri, eləcə də Avropa institutlarının ikili standartları açıq şəkildə tənqid olundu.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Publika.az-a açıqlama verib.
Fransa öz maraqlarına zərbə vurdu
Politoloqun sözlərinə görə, Fransa prezidenti İkinci Qarabağ müharibəsi və ondan sonrakı dönəmdə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirib. O bildirdi ki, rəsmi Paris bununla əslində öz maraqlarına zərbə vurub və Azərbaycanla münasibətlərə kölgə salıb.
“Azərbaycan artıq bölgənin açar dövlətinə çevrilib. Azərbaycanla yaxşı münasibətlər olmadan yalnız Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək mümkün deyil”, - deyə o vurğuladı.
E.Şahinoğlu qeyd etdi ki, sonrakı dövrdə Emmanuel Makron Azərbaycanla siyasətini korrektə etməyə çalışsa da, Fransanın ermənipərəst mövqeyindən geri çəkildiyi hiss olunmur:
“Fransa indi də Cənubi Qafqazda öz rolunu artırmağa çalışır, amma Azərbaycanla münasibətlərini normallaşdırmaq istiqamətində cəhdlər çox azdır”.

Fransanın hərbi missiyası təxribat kimi qəbul oluna bilər
Politoloq hesab edir ki, Fransa və Avropa İttifaqının Ermənistandakı fəaliyyəti bölgədə yeni risklər yaradır. Onun fikrincə, əsas məqsədlərdən biri Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətməkdir.
“Rusiyanın bölgədə təsir imkanlarının azalması Azərbaycanın da maraqlarına uyğundur. Amma bu o demək deyil ki, bu boşluqdan Fransa istifadə etməlidir”, - deyə o bildirdi.
E.Şahinoğlu xüsusilə Ermənistandakı Avropa İttifaqı missiyasının fəaliyyətinə diqqət çəkdi:
“Ermənistanda əsasən Avropa İttifaqı və Fransanın hərbi kontingentinin varlığı heç bir məntiqə sığmır. Ermənistan Azərbaycanla sülh quruculuğu prosesindədir. Seçkidə Baş nazir Nikol Pasinyan qələbə qazanarsa, sülh sazişi imzalanacaq. Bu halda həmin hərbi missiya nəyə lazımdır, kimə lazımdır?!”
Politoloqun sözlərinə görə, sərhəddə sakitlik hökm sürdüyü halda həmin missiyanın Azərbaycan sərhədində yerləşdirilməsi təxribat kimi də başa düşülə bilər.
Avropa Azərbaycanın bölgədə əsas dövlət olduğunu anlayır
E.Şahinoğlu bildirdi ki, Fransa Cənubi Qafqazda rol oynamaq istəyirsə, ilk növbədə Azərbaycanla münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarmalıdır. O qeyd edib ki, Makron prezident seçkilərindən sonra dəfələrlə Ermənistana səfər etsə də, indiyədək Azərbaycana gəlməyib.
Politoloq bunun fonunda bəzi Avropa liderlərinin fərqli yanaşma nümayiş etdirdiyini vurğuladı:
“İrəvanda Avropa Birliyinin Siyasi Toplantısında iştirak edən İtaliyanın Baş naziri Corcia Meloni İrəvandan sonra dərhal Bakıya gəldi və Azərbaycan Prezidenti İlham Əliyevlə əməkdaşlığın inkişaf yollarını müzakirə etdi. Çünki həm Avropa İttifaqı, həm də İtaliya kimi dövlətlər bölgədə əsas dövlətin Azərbaycan olduğunu anlayır və Azərbaycanla hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə çalışırlar”, - deyə politoloq sonda qeyd etdi.
Müəllif: Adəm Abbaslı
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış









.jpg)






.jpg)

.jpg)
















