Nida Xəbər
Yasamalda sakinlərin müraciətləri dinlənilib, həlli ilə bağlı tapşırıqlar verilib - Foto
Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların problemlərinin operativ həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Yasamal rayonunda sakinlərin növbəti səyyar qəbulu keçirilib.
Publika.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini rayon bələdiyyəsində qəbul edərək onların təklif, müraciət və şikayətlərini dinləyib. Qəbulda RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin sədri, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, SİƏD və xidmət rəhbərləri də iştirak ediblər.
Sakinləri salamlayan icra başçısı onların müraciətlərinin diqqətlə araşdırılacağını və qanunvericiliyə uyğun şəkildə həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.
Qəbul zamanı sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar əsasən yaşayış binalarının həyətlərinin abadlaşdırılması, sahibsiz heyvanlarla bağlı məsələlər, su təminatı, bina dam örtüklərinin təmiri, qurumuş ağacların budanması və digər sosial məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hər bir sakinin müraciətini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Qəbul zamanı bir sıra məsələlərin həlli ilə bağlı operativ tədbirlər görülüb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrasının təmin edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...






















.jpg)











.jpg)

.jpg)