Nida Xəbər
Azərbaycan və Aİ arasında əməkdaşlığın perspektivləri müzakirə edildi
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər mövcud siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv təmasların Azərbaycan-Aİ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Bu çərçivədə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın cari ildə Azərbaycana həyata keçirdiyi səfərin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlıq gündəliyinin irəli aparılması baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, habelə əldə edilmiş razılıqlar nəzərdən keçirilib.
Elnur Məmmədov Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyi üzrə son inkişaflar barədə qarşı tərəfi məlumatlandırıb. Sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməsinin, öhdəliklərin vaxtında yerinə yetirilməsinin və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı, həmçinin regional və beynəlxalq gündəlikdə yer alan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı




























.jpg)







