Nida Xəbər
Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib - FOTO
İyunun 25-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mərasimdə nazirliyin rəhbərliyi, hərbi təhsil müəssisələrinin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə Kompleksi ziyarət olunub, qarşısına güllər düzülərək xatirələri dərin hörmətlə yad edilib.
Tədbirin başlanması ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümidvar Quliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə etdikdən sonra institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış müdafiə naziri tədbir iştirakçılarını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108 illiyi münasibətilə təbrik edib, məzunlara Vətənimizin parlaq gələcəyi, ordumuzun qüdrətlənməsi naminə göstərəcəkləri şərəfli xidmətlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlardan danışan nazir bunların ordumuzun peşəkar kadr potensialının artırılması istiqamətində mühüm rolu olduğunu vurğulayıb.
Hərbi qulluqçularımızın Vətən müharibəsi və digər uğurlu əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıqlar, eləcə də hərbi institutun məzunlarının şücaəti xüsusi qeyd edilib.
Buraxılış mərasiminin planına uyğun olaraq müdafiə naziri hərbi təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib.
Gənc zabitlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər.
Rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulduqdan sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.
Hərbi orkestrin və kursantların ifasında hərbi institutun marşı səsləndirilib, şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı




























.jpg)







