Azərbaycanda "Türk Dünyası Həftəsi" keçirilir
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda "Türk Dünyası Həftəsi" keçirilir

Azərbaycanda "Türk Dünyası Həftəsi" keçirilir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi keçirilir.

Publika.az xəbər verir ki, iyulun 3-dək davam edəcək tədbirdə bir sıra beynəlxalq elmi və mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Rəsmi hissədən sonra "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plnear iclas, eləcə də "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" və "Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası" adlı panellərin keçirilməsi planlaşdırılır.

Tədbirdə ümumilikdə 20 ölkədən 215 qonaq iştirak edir.

Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.

"Türk Dünyası Həftəsi" Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm