Nida Xəbər
Konqres çərçivəsində türk təşkilatlarının fəaliyyəti müzakirə edildi - FOTO
“Türk Dünyası Həftəsi” çərçivəsində təşkil olunan beynəlxalq konqres iyunun 29-u günün ikinci yarısında plenar iclasla işini davam etdirib. İclas “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusuna həsr olunub.
Publika.az xəbər verir ki, əvvəlcə "Ailəmiz - Türk dünyası" adlı süni intellekt vasitəsilə hazırlanmış qısa film nümayiş etdirilib.
Filmdə keçmişdən bu günə türk xalqlarının etnik-mədəni sistemi, Birinci Türkoloji Qurultay və müasir qardaş xalqların inteqrasiya məsələləri öz əksini tapıb.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Yunus Emrə İnstitutunun rəhbəri Abdurrahman Aliy çıxış ediblər.
Natiqlər təmsil etdikləri qurumların fəaliyyəti barədə söz açıb, Birinci Türkoloji Qurultayın əhəmiyyətini qeyd ediblər. Mötəbər tədbirin 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” diqqətəlayiq təşəbbüs kimi dəyərləndirilib.
Çıxışlardan sonra Azərbaycan və digər ölkələrdən türkologiyanın inkişafında xidmətləri olan bir qrup elm xadiminə "Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı təqdim olunub. Ölkəmizdən Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov və Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bu yubuley nişanına layiq görülüblər.
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü













.webp)









.jpg)










.jpg)

.jpg)