Nida Xəbər
Türk dillərinin inkişaf dinamikası ilə bağlı müzakirə aparıldı - FOTO
"Türk Dünyası Həftəsi" çərçivəsində iyunun 29-da Heydər Əliyev Mərkəzində "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" mövzusunda panel sessiyası keçirilib.
Publika.az xəbər verir ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə reallaşan paneldə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, türkologiyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri vahid türk ədəbi dilinin mövcudluğu ilə bağlıdır.
Alimin sözlərinə görə, türk xalqlarının müxtəlif coğrafiyalarda və fərqli ictimai-siyasi şəraitdə inkişaf etməsi dillərin həm ortaq, həm də fərqli xüsusiyyətlər qazanmasına səbəb olub.
Türk Dil Qurumunun rəhbəri professor Osman Mert qeyd edib ki, 100 il öncə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını qoruyur. Onun fikrincə, bu, qurultayın təkcə tarixi hadisə deyil, həm də Türk dünyasının elmi və mədəni inkişafına istiqamət verən mühüm platforma olduğunu göstərir.
Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor İnkyonq Oh çıxışında bildirib ki, Birinci Bakı Türkoloji Qurultay yalnız əlifba islahatı ilə bağlı toplantı deyil, türk xalqlarını ortaq intellektual məkanda birləşdirməyə yönəlmiş tarixi təşəbbüs idi.
Özbəkistan Milli Universiteti Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri professor Hamidulla Boltabayev qeyd edib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, qurultayda ortaq əlifba, terminologiya, ədəbi dil və türk dillərinin tarixi kimi fundamental məsələlər geniş müzakirə olunub və bu ideyalar bu gün də aktuallığını qoruyur.
Avrasiya Milli Universitetinin professoru Qulqaya Saqıdola çıxışında vurğulayıb ki, ortaq türk əlifbası Türk dünyasının elmi, mədəni və informasiya məkanının daha da yaxınlaşması baxımından strateji əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə arasında bu
Panel sessiyası daha sonra müzakirələrlə davam edib.
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü













.webp)









.jpg)










.jpg)

.jpg)