Nida Xəbər
Jan-Mişel Brun: Fransa mətbuatı uzun illər müstəmləkəçiliyi “sivilizasiya missiyası” kimi təqdim edib
Fransa mətbuatı uzun illər müstəmləkəçiliyin mahiyyətini gizlədərək onu “sivilizasiya missiyası” kimi təqdim edib və bununla da kolonial təfəkkürün formalaşmasına xidmət göstərib.
Publika.az xəbər verir ki, bu fikri “Fransa müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun (Jean-Michel Brun) “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib. O qeyd edib ki, XIX əsrdə Fransa mətbuatı müstəmləkəçiliyi tərəqqi, təhsil və təhlükəsizlik gətirən bir proses kimi təqdim edir, bununla yanaşı, zorakılığı, istismarı və irqi ayrı-seçkiliyi kölgədə saxlayırdı. Müstəmləkə xalqlarının səsi isə ya ümumiyyətlə eşidilmir, ya da təhrif olunurdu.
Jan-Mişel Brun vurğulayıb ki, müstəmləkəçilik, ilk növbədə, mədəniyyət vasitəsilə həyata keçirilib və dekolonizasiya da mədəniyyət üzərindən aparılmalıdır. Onun sözlərinə görə, bu prosesdə medianın üzərinə həqiqətlərin üzə çıxarılması və tarixi ədalətin bərpası baxımından mühüm məsuliyyət düşür.
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?

























.jpg)


.jpg)










