Nida Xəbər
Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
Prezident İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.
Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.
Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.
Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.
“Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.
Qeyd edək ki, “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir












.jpg)











.jpg)



















