Nida Xəbər
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb.
Publika.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 8 fəsil, 30 maddədən ibarətdir.
Layihəyə əsasən, balıqçılıq sahəsində idarəetmənin rəqəmsallaşdırılması, informasiya sistemləri vasitəsilə balıqçılıq subyektləri, istifadə edilən resurslar və dövriyyəyə daxil olan məhsullar üzrə məlumatların uçotu və izlənməsi mexanizmləri yaradılacaq.
Balıqçılıq subyektləri və obyektləri, habelə balıqçılıq infrastrukturu, balıq ovu alətləri, balıqçı gəmiləri barədə və balıqçılıq sahəsində idarəetmənin və nəzarətin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində toplanacaq. Balıqçıq su obyektləri, o cümlədən vətəgə sahələri barədə məlumat daşınmaz əmlakın dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri məlumatlarının tamlığının təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.
Balıq ehtiyatlarının istifadəsi üçün kvotaların elmi əsaslarla müəyyən edilməsi, ov icazələrinin verilməsində şəffaflıq, real vaxtlı monitorinq, elektron uçot sistemləri və məsafədən izləmə texnologiyalarının tətbiqi nəzərdə tutulur. Eyni zamanda, balıqçı gəmiləri, balıq ovu alətləri və balıqçılıq infrastrukturu üzrə texniki tələblərin müəyyən edilməsi, onların uçotu və nəzarət sistemlərinin tətbiqi nəzərdə tutulur ki, bu da qanunsuz balıq ovunun qarşısının alınmasına və resurslardan səmərəli istifadəyə xidmət edir.
Yeni qanun qüvvəyə mindiyi gündən “Balıqçılıq haqqında” 1998-ci il 27 mart tarixli 457-IQ nömrəli qanun ləğv ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video










.jpg)
























.jpg)
.jpg)

