Nida Xəbər
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunun ərazisində fəaliyyət göstərən 6 saylı Vərəm əleyhinə dispanser və Nərimanov rayonunun ərazisində yerləşən 7 saylı Uşaq poliklinikasında, Sumqayıt RM tərəfindən Xızı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində, Gəncə RM tərəfindən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi Şəxsdə və Gəncə Şəhər Statistika İdarəsində, Şimal-Qərb RM tərəfindən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində və Şəki rayonununun ərazisindəki meşəbəyliklərdə və meşə dolaylarında, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasında, Şimal RM tərəfindən “Azərenerji” ASC “Şahdağ Elektrik Stansiyası” MMC-də, Aran RM tərəfindən isə Ucar şəhər 1 nömrəli Körpələr evi-uşaq bağçasında maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO

























.jpg)


















.jpg)
.jpg)