Nida Xəbər
İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir - Fatma Yıldırım
Cənab Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər Azərbaycanın xarici siyasətində növbəti mühüm diplomatik uğur kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar və imzalanan sənədlər bir daha göstərdi ki, Azərbaycan Avropanın aparıcı dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və milli maraqlar prinsipi əsasında ardıcıl şəkildə inkişaf etdirir.
Azərbaycan ilə Almaniya arasında “İkitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd yalnız siyasi iradənin ifadəsi deyil, eyni zamanda gələcək illər üçün konkret əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm yol xəritəsidir. Strateji gündəliyin formalaşdırılması göstərir ki, Azərbaycan artıq Avropada etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, siyasi və iqtisadi dialoqda da söz sahibi olan ölkələrdən birinə çevrilib. Almaniya Avropa İttifaqının iqtisadi və siyasi baxımdan aparıcı dövlətlərindən biridir. Belə bir ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin real nəticəsidir. Bu əməkdaşlıq təkcə iki dövlət üçün deyil, Avropa ilə Cənubi Qafqaz arasında etibarlı körpünün daha da möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. İqtisadi sahədə əldə olunan razılaşmalar da diqqətəlayiqdir.
Hazırda Azərbaycanda yüzlərlə Almaniya şirkətinin fəaliyyət göstərməsi ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin və biznesə verilən dövlət dəstəyinin göstəricisidir. Qarşılıqlı sərmayələrin təşviqi, yeni investisiya layihələrinin həyata keçirilməsi və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələri daha da dərinləşdirəcək, yeni iş yerlərinin açılmasına və texnologiya transferinə əlavə imkanlar yaradacaq. Enerji əməkdaşlığı isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolun daha bir təsdiqidir. Bu gün Azərbaycan Avropa İttifaqının onlarla tərəfdaşına etibarlı enerji təminatı təqdim edir və eyni zamanda yaşıl enerji sahəsində də böyük layihələr həyata keçirir. Xəzərin bərpa olunan enerji potensialının Avropa bazarlarına çıxarılması istiqamətində görülən işlər gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır. Nəqliyyat və logistika sahəsində Azərbaycanın qazandığı üstünlüklər də Almaniya ilə münasibətlərdə yeni imkanlar yaradır. Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığı bir dövrdə Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmizin müasir limanları, dəmir yolları və avtomobil magistralları Avropa ilə Mərkəzi Asiya arasında etibarlı və təhlükəsiz daşımaların əsas hissəsini təmin edir.
Almaniyanın bu marşruta maraq göstərməsi Azərbaycanın geostrateji əhəmiyyətinin daha da artdığını göstərir.
Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlərdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması məsələsi də xüsusi yer tutdu. Azərbaycan hərbi-siyasi müstəvidə öz suverenliyini tam bərpa etdikdən sonra bölgədə qarşıdurma deyil, əməkdaşlıq mühiti formalaşdırmaq üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Regionun gələcəyi kommunikasiyaların açılmasından, iqtisadi inteqrasiyadan və qarşılıqlı etimadın möhkəmlənməsindən keçir. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət mövqeyini bir daha nümayiş etdirir. Almaniyanın Azərbaygüccanla münasibətləri daha da inkişaf etdirmək iradəsi, imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir ki, ölkəmiz Avropa ilə əməkdaşlığını qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq prinsipləri əsasında daha da genişləndirəcək. Bu, həm iqtisadi inkişafımıza, həm də regional sabitliyə mühüm töhfə verəcək.
Bu səfər bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara söykənən və uzaqgörən xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini ardıcıl şəkildə gücləndirir. Ölkəmiz bu gün təkcə enerji ixracatçısı deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi və nəqliyyat platforması, regionda sülhün və əməkdaşlığın təşəbbüskarı kimi qəbul olunur. Məhz bu reallıq Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və dövlətimizin strateji baxışının ən parlaq göstəricisidir.
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi















.jpg)

.jpg)

.jpg)





.png)

.jpg)








