Nida Xəbər
FHN Sumqayıt Regional Mərkəzi Xızıda müşavirə keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regonal Mərkəzinin təşkilatçılığı ilə Xızı Rayon İcra Hakimiyyətində “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli strukturlarının, Xızı Rayon İcra Hakimiyyətinin, eləcə də Xızı rayonunda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli icra və özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbiri giriş sözü ilə açan FHN Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rafiq Həsənov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Arzu Əzizov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar yerli icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.
Müşavirədə çıxış edən digər natiqlər tərəfindən maarifləndirmə və monitorinqlərdən, yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və digər məsələlərdən söz açılıb.
İnteraktiv müzakirələr fonunda davam edən müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa26 Avqust 14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək







.jpg)







.webp)


















.jpg)
.jpg)
.jpg)