Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınır - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınır - YENİLƏNDİ

Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınır - YENİLƏNDİ

24 iyul 2026-cı il tarixində Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı çatıb və sakinlərə yeni evlərinin açarları təqdim olunub.

Publika.az xəbər verir ki, bu gün Xocalı rayonunun Xanabad, Təzəbinə, Badara, Daşbulaq və Seyidbəyli kəndlərinə ümumilikdə 28 ailə, 106 nəfər, Ağdərə rayonunun Aşağı Oratağ, Vəngli, Həsənriz və Kolatağ kəndlərinə 25 ailə, 96 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 12 ailə, 55 nəfər köçürülüb.

Beləliklə, gün ərzində ümumilikdə 65 ailə, 257 nəfər doğma yurduna qayıdaraq mənzillərinin açarlarını təhvil alıb və daimi yaşayış üçün məskunlaşıb.

xxx

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.

Publika.az xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə, 55 nəfər köçürülür.

Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınır.

Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər yola salınıb.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm