Nida Xəbər
Əli Əsədov “Kinematoqrafiya haqqında” qərar imzaladı
Baş nazir Əli Əsədov “Kinematoqrafiya haqqında” Qanuna edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Publika.az xəbər verir ki, qərara əsasən, "Filmlərin yayımı və nümayişi Qaydaları"nda redaktə xarakterli dəyişiklik edilərək "müştərək" ifadəsi hüquqi termin olan "birgə istehsal edilən" sözləri ilə əvəz olunub.
Eyni zamanda, sənədlərdəki köhnəlmiş "istehsalçı", "film istehsalçısı" və "birgə istehsalçı" sözləri daha müasir və beynəlxalq anlayış olan "prodüser" termini ilə əvəzlənib.
Digər mühüm dəyişikliklə isə dövlət tərəfindən xərcləri qismən geri ödənilən filmlərin əhatə dairəsi dəqiqləşdirilib. Belə ki, müvafiq qaydaların adı dəyişdirilərək, bu mexanizmin yalnız "Xarici və birgə istehsal filmlərinin" xərclərinin geri ödənilməsinə aid olduğu konkretləşdirilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər

































.jpg)
.jpg)