Nida Xəbər
Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTO
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinin müraciətlərinin yerində dinlənilməsi, onları narahat edən məsələlərin operativ həlli və vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması məqsədilə növbəti səyyar qəbulunu şəhərin 9-cu mikrorayon ərazisində keçirib.
Publika.az xəbər verir ki, səyyar qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı sakinlər şəhər təsərrüfatı, məşğulluq imkanları, sosial təminat, eləcə də məişət xarakterli məsələlərlə bağlı müraciət və təkliflərini səsləndiriblər.
Şəhər rəhbəri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bildirilib ki, icrası mümkün olan məsələlər mərhələli şəkildə həllini tapacaq, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaq.
Zakir Fərəcov qeyd edib ki, vətəndaşlarla keçirilən səyyar qəbullar şəhər həyatında mövcud problemlərin yerində öyrənilməsi, sakinlərin rəy və təkliflərinin nəzərə alınması, eləcə də şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcək tədbirlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlər sakinlərlə açıq dialoqun gücləndirilməsinə, onların müraciətlərinə çevik reaksiya verilməsinə və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərinin daha səmərəli təşkilinə xidmət edir.
Qəbul zamanı səsləndirilən müraciətlərin icrası aidiyyəti üzrə nəzarətə götürülüb və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb.






-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi


































.jpg)
