Nida Xəbər
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdaş rayon şöbəsinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla şöbə rəisi Nurlan Abbasov, həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev və bölmənin zabiti Taleh İsmayılovun 2025-2026-cı illərdə xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi, ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, habelə təkrar tibbi müayinədən yayındırma müqabilində ayrı-ayrı şəxslərdən təkrarən rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi


































.jpg)
