Nida Xəbər
ABŞ səfirliyi işçi axtarır - 40 min manat maaş
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsi üzrə işçi axtarır.
Publika.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
Qeyd olunub ki, MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək. Həmçinin müraciətləri müvafiq şöbələrə yönləndirəcək, səfirlik icmasına keyfiyyətli və operativ xidmət göstərilməsinə kömək edəcək.
Vakansiya üzrə qoyulan tələblərə gəlincə isə, namizəd ən azı iki il universitet təhsili almış olmalı, 6 aydan az olmamaq şərtilə inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalıdır.
Eyni zamanda namizəddən ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.
Qeyd edək ki, vakansiya üzrə təklif olunan əməkhaqqı məbləği illik 23,575 dollar (təxminən 40 min manat) nəzərdə tutulub. (Bakupost)
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov






.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)