Nida Xəbər
Elçin Yusubov Marian Neakşunu Qarabağa səfərə dəvət etdi
17 avqust tarixində Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Parlamentində görüşlər keçirib.
Publika.az-a bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Parlamentin yuxarı palatası olan Senatda hakim Milli Liberal Partiyasının sədr müavini, senator Glad-Aurel Varqa ilə görüş baş tutub.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regionlarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.
Senator Glad-Aurel Varqa Rumıniya ilə Azərbaycan arasında tarixi dostluq və sıx tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, regionlararası iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində parlament müstəvisində müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, iki ölkənin parlamentləri arasında münasibətlərin müsbət dinamikada inkişaf etdiyini vurğulayıb. Glad-Aurel Varqa Azərbaycan tərəfini təmsil etdiyi Arad regionu ilə əməkdaşlığa dəvət edib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov senator Glad-Aurel Varqaya Rumıniyanın Maramureş regionuna səfəri çərçivəsində əldə edilən razılıqlar barədə məlumat verib,
Qarabağ regionunda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın maliyyə imkanları hesabına keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən infrastruktur layihələri və xarici investorlar üçün yaradılan imkanlar barədə danışıb.
Elçin Yusubov qarşı tərəfə Rumıniyada göstərilən diqqətə görə minnətdarlığını bildirərək, senator Glad-Aurel Varqanı Xankəndiyə dəvət edib.
Bundan əlavə, Parlamentin Deputatlar Palatasında nümayəndə heyətinin hakim Sosial-Demokrat partiyasının sədr müavini, deputat, Azərbaycan ilə Rumıniya parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsədri Marian Neakşu və deputat Radu Oprea ilə görüşü baş tutub. Görüşdə parlamentlərarası münasibətlər və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Marian Neakşu Azərbaycanı Rumıniyanın etibarlı tərəfdaşı adlandıraraq, üç il öncə Rumıniya nümayəndə heyəti tərkibində Azərbaycana səfərini və dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən qəbul edildiklərini xatırlayıb. O, iqtisadi əməkdaşlığın səmərəli şəkildə inkişafı üçün fəaliyyət planının tərtib edilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Elçin Yusubov Marian Neakşunu Qarabağa səfərə dəvət edib. M.Neakşu dəvətə görə təşəkkürünü ifadə edərək, yaxın zamanda Azərbaycana, xüsusən Qarabağa səfər edəcəyinə söz verib.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam












.webp)





















.jpg)

