Nida Xəbər
Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşamışam - Dankan Norman
Azərbaycan dilini öyrənmək heç də asan deyildi. Mən Azərbaycana gəlməzdən əvvəl təxminən bir il Böyük Britaniyada Azərbaycan dilini öyrəndim.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında deyib.
Səfor bildirib ki, Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşayıb:
“Hazırda da dərslər alıram, çünki Azərbaycan dili biliyimin hələ kifayət qədər yaxşı olmadığını düşünürəm.
Azərbaycan dilini öyrənmək ingilisdilli insan üçün asan deyil, amma düşünürəm ki, buna dəyər. Dili öyrənməkdən böyük zövq alıram. Azərbaycan dili çox zəngin dildir. Onun strukturunu çox bəyənirəm və karyeramda etdiyim ən yaxşı işlərdən biri bir ilimi Azərbaycan dilini öyrənməyə həsr etmək olub.
Ümid edirəm ki, hər dəfə bu mətbuat konfranslarını keçirdikdə Azərbaycan dilində də bir az daha çox danışa biləcəyəm”.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi












081218_2.jpg)









.jpg)















