Nida Xəbər
Ceyhun Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.
Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş Azərbaycanın səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də regionda yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.
Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, regional bağlantılar, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər müzakirə olunub.
Səfir Luis Morsinq Azərbaycan ilə İsveç arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.jpg)




.png)




















