Nida Xəbər
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri, Anar Keykavus oğlu Əcəmov isə Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Publika.az səfir təyin edilən şəxslərin dosyesini təqdim edir:
Vaqif İsmayıl oğlu Sadıqov
.jpg)
Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub.
1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1992-ci ilin əvvəlində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İ..darəsinin 1-ci katibi vəzifəsinə təyin olunub, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışıb.
1995-2004-cü illərdə V.Sadıqov Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.
1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri, 2016-2021-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifəsini tutub.
O, 2021-ci ildən 2026-cı il avqustun 1-dək Azərbaycan Respublikasının Belçikada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
İngilis, rus, fransız, alman dillərini bilir.
Anar Keykavus oğlu Əcəmov

Anar Əcəmov uzun illər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində diplomatik fəaliyyət göstərib.
O, müxtəlif dövrlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində çalışıb.
Əcəmov Azərbaycanın Serbiyadakı səfirliyində müşavir, daha sonra isə Monteneqrodakı diplomatik nümayəndəliyində müşavir vəzifəsində fəaliyyət göstərib.
2018-ci ildə o, Azərbaycanın Monteneqrodakı müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.
Daha sonra Anar Əcəmov Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. 2025-ci ildə onun XİN-in Avropa idarəsinin müdiri vəzifəsini icra etdiyi bildirilib.
Yeni təyinatla Anar Əcəmov Azərbaycanı Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir kimi təmsil edəcək.(Milli.Az)
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)










.png)




















