Nida Xəbər
“Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı təqdim edildi - FOTO
3 sentyabr 2026-cı il tarixində Daşkənd şəhərində “Türk dünyasının mənəvi irsi: ədəbiyyat – dövrlər və nəsillər arasında dialoq” adlı Özbəkistan və Qazaxıstan Yazıçıları Forumu çərçivəsində bir sıra görkəmli şəxsiyyətlərə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının mədəni və humanitar əməkdaşlığının inkişafına, ümumi mənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğinə verdikləri töhfələrə görə “Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı təqdim edilib.
Publika.az xəbər verir ki, fəxri ada Özbəkistan Respublikası Prezidentinin müşaviri Xayriddin Sultonov, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Özbəkistan Respublikasının Mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Sirojiddin Sayyid və Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov layiq görülüblər.
Fəxri ad Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Prof. Aktotı Raimkulova tərəfindən təqdim edilib.
Xatırladaq ki, bu fəxri ada 2025-ci ildə ilk dəfə dünya şöhrətli TURAN musiqi kollektivi layiq görülüb.
“Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı türk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verən şəxsiyyətlərin xidmətlərinin xüsusi təqdir edilməsinin göstəricisidir.
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






.jpg)











.jpg)





.jpg)










