Nida Xəbər
Adil Kərimli ICESCO Baş Konfransının sessiyasında iştirak etdi - FOTOLAR
Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş Konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli sessiyada iştirak edib.
Publika.az xəbər verir ki, sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə olunub.
Direktorluğun hesabatında bir sıra üzv dövlətlərin 2025–2026-cı illər üzrə üzvlük haqlarını ödəməməsi və əvvəlki dövrlərdən yığılmış borcların təşkilatın maliyyə imkanlarına təsiri barədə məlumat verilib.
İclasda həmçinin üzvlük haqlarının ödənilməsi və borcların bağlanması yolu ilə ICESCO-nun fəaliyyətinin davamlılığının təmin edilməsinə dair fövqəladə plan nəzərdən keçirilib. Sənəddə 2026–2029-cu illər üzrə Strateji Planın icrası, gəlirlərin artırılması və maliyyə axınlarının sabitliyinin gücləndirilməsi, habelə monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib.
Müzakirələr zamanı üzv dövlətlərin maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməsinin, təşkilatın proqram və layihələrinin davamlı icrasının və ICESCO-nun institusional dayanıqlığının təmin olunmasının əhəmiyyəti vurğulanıb. Fövqəladə planda üzv dövlətlərin cari üzvlük haqlarını 31 oktyabr 2026-cı ilədək ödəməsi, əvvəlki borcların isə razılaşdırılmış qrafik əsasında 31 dekabr 2028-ci ilədək tənzimlənməsi nəzərdə tutulur.
Sessiyanın sonunda ICESCO-nun maliyyə sabitliyinin gücləndirilməsi və fəaliyyətinin davamlılığı ilə əlaqədar fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika14:39Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq
-
Rəsmi xronika12:37İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi
-
Köşə11:54Onun qolları yoxdur, yoxsa sənin vicdanın?
-
Hadisə11:51Minaya düşən ANAMA əməkdaşının ayağında amputasiya əməliyyatı aparılır - YENİLƏNDİ
-
Rəsmi xronika11:10Prezident fərman imzaladı
-
Avropa11:00Avropanın bu ölkəsində hər bir miqranta 37 min dollar verilir, əgər...
-
Dünya10:12Trampı Ankarada təyyarədən qaçıran avtomobilin sahibi bu türk imiş
-
Maraq dünyası09:48Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir


































.png)





